www.seyranfizik.narod.ru

Lənkəran r/n Boladi kənd 1 sayli orta məktəbin Fizika-Informatika müəllimi SEYRAN HEYDƏR OĞLU ƏLIYEV



|| ANA SƏHİFƏ || ALİMLƏR || QANUNLAR || TƏCRÜBƏLƏR|| ANİMASİYALAR||
seyran SEYRAN
       ||Test1.Kinematika || Test2.Dinamika || Test3.Mexaniki iŞ, Güc, Enerji || Test4.Statika ||
İNTEL GƏLƏCƏK ÜÇÜN TƏHSİL
ELEKTRİK CƏRƏYANININ UZAQDAN IDARƏ EDİLMƏSİ
Fizka proqramları
FİZİKA VIII || FİZİKA IX || FİZİKA X || FİZİKA XI ||
|| Fizikanın tədrisində komputer texnologiyasının rolu ||
|| SEYRAN HEYDƏR OĞLU ƏELIYEV ||

||İNTERNET NƏDİR? || ||Kompüterin nəsilləri || ||Komputerin quruluşu ||
Yumurtani cib telefonu ilə necə bişirmək olar?
Mobil rabitә vә informasiya tәhlükәsizliyi.
Bermud üçbucağı
Fikirləş! Cavab tap!
Dahilerin başına gəlmiş maraqlı hadisələr href="http://seyranfizik.narod.ru/Nomreler.ppt">Rəqəmlərdəki məntiq nədir?
Rəy və təkliflərinizi göndərmək üçün bura daxil olun

ALIMLƏR
Isaak Nyuton
Isaak Nyuton

Kendli ailesinde dünyaya göz açan Newton, atasını o doğulmamışdan 3 ay qabaq itirmişdi(atası vefat etmişdi). On iki yaşında Grantham-da "kings SchoolsФa yazılan Newton bu mektebi 1661-ci ilde bitirdi. Hemin il Cambridge Universitetindeki Trinity Kollecine daxil oldu. 1665-ci ilin aprelinde bu mektebden lisans(indiki bakalavr pillesi) derecesini aldı. Yüksek lisans(indiki magistr pillesi) çalışmalarına başlayacagı müddetde ehali arasında vahime yaradan veba xesteliyi üzünden universitet bağlandı. Xestelikden qorunmaq meqsedi ile anasının yanına sığınan Newton burada keçirdiyi iki il boyunca en önemli ideyalarını gerçekleşdirdi. 1667-ci ilde Trinity Kollecine qayıtdığı zaman differensial ve inteqral hesabın temellerini qoymuş , ağ işığın rengli spektrlere ayrılmasını müeyyenleşdirmiş ve cisimlerin bir-birlerini aralarındakı mesafenin kvadrati ile ters mütenasib olaraq cezb etdiklerini fikrine gelmişdir. Çekingenliyi üzünden Newton her bir elmde böyük deyişiklik yarada bilecek bu keşflerin çoxunu uzun iller sonra (meselen differensial ve inteqral hesabları 38 il sonra) üze çıxarmışdır. Newton 1669-cu ilde hele 27 yaşı olanda Cambridge Universitetinde riyaziyyat professoru kimi çalışmaşa başladı . 1671-ci ilde ilk aynalı teleskopu ixtira etdi ve ertesi il Royal Society-in üzvü seçildi .Royal Society-ye teklif etdiyi reng haqqında fikirlerinin tenqidlere hedef olması , xüsusen de Robert Hooke terefinden şiddetli tenqidlere meruz qalması Newtonun özüne qapanaraq elm dünyasından elaqesini tamamile kesmeye getirib çıxardı. 1675-ci ilde yeniden teklif etdiyi optik mövzusundakı iki fikri yeni münaqişelere yol açdı. Hooke meqalelerde bezi tapıntıların öz keşfi olduğunu, Newtonun bunlara sahib çıxdığını söylemişdi. Bütün bu münaqişeler ve tenqidler neticesinde 1678-ci ilde ruhi sarsıntı keçiren Newton ancaq yaxın dostu, meşhur astronom, riyaziyyatçi Edmond Halleyin xahişi ile altı il sonra elmi çalışmalarına geri döndü. Cambridge Universitetindeki katolikliyi yaymağa qarşı yöneldilen herekata başçılıq eden Newton , Kral düşürüldükden sonra 1689-cu ilde universitetin parlamentindeki temsilçiliyine seçildi. 1693-cu ilde yeniden ruhi sarsıntı keçirdi ve yaxın dostları ile , bu arada Samuel Pepys ve John Locke ile arası pozuldu. Iki il davam eden ruhi sarsıntıdan sonra sağlışına yeniden qovuşsa da bundan sonrakı heyatında elmi çalışmalara evvelki kimi maraq göstermedi . Daha sonra 1699-cu ilde Fransa Elmler Akademiyasının xarici üzvülüyüne , 1703-cu ilde Royal Society-nin prezidenti seçildi. Gelmiş keçmiş elm adamlarının en böyüklerinden biri olaraq qebul edilen Newton riyaziyyat ve fizikada çox önemli keşfler etmişdi. Newtonun elme en böyük kömeyi mexanikadadır. Merkezeqaçma qüvvesi qanunu ile Kepler qanunlarını ele alaraq kütle-çeki qanununu ortaya qoydu. Newtonun kitablarından bezileri Philosophiae naturalis principia mathematica, principia , opticks sayıla biler.





seyran Albert Eyneshteyn

Albert Einstein 1879-cu il martın 14-də Almaniyada doğulub. Doğulandan az müddət sonra ailəsi Munichə köçdüyü üçün təhsilinə Munich-dəki Luitpold Gymnasium-da başladı. Bu ərəfədə anasının təkidi ilə kaman dərsləri alırdı. 1894-cü ildə Hermann Einstein-in iflası nəticəsində ailə İtaliyaya köçdü. Bu müddətdə Albert məktəbini bitirmək üçün Munichdə qaldı. 1896 -ci ildə ailəsi tərəfindən təhsilini davam etdirməsi üçün Aarau,İsveçrəyə göndərildi və Zurich-dəki Swiss Federal Polytechnic School-a fizika və riyaziyyat müəllimi olmaq üçün başladı. 1901-ci ildə məzun oldu və İsveçrə vətəndaşlığına qəbul edildi. 1905-ci ildə doktorluq dissertasiyasını müdafiə etdi. 1909-cu ildə Zurich Universitetində professor kimi çalışmağa başladı. 1911-ci ildə Prague Universitetində Fizika Professorluğuna yiyələndi ancaq 1912-ci ildə Zurich Universitetinə geri döndü Burada riyaziyyatçı Marcel Grossman ilə çalişmağa başladı. Bu müddətdə Albert zamanı dördüncü ölçü olaraq tanıtdı. 1914-cü ildə Berlin Universitetində professor kimi çalişdı. Həmin il Alman vətəndaşlığına qəbul edildi ancaq 1933-cü ildə siyasi səbəblərə görə ( Hitlerin və Nazi Partiyasının iqtidara gəlməsi və Albertin Müsəvi olması) vətəndaşlıqdan imtina edib Amerikaya köçdü və Princeton Universitetində professor kimi çalişmağa başladı. 1940-cı ildə Amerikan vətəndaşı oldu və 1945-ci ildə Princetondakı işindən təqaüdə çıxdı. İkinci dünya müharibəsindən sonra Albert Einstein dünya üzərində böyük hörmətə malik olmuşdu. Albert Einsteinə təklif edilən İsrailin Prezidəntliyini rədd etdi ancaq Dr. Chaim Weizmann ilə Jerusalem Musəvi Universitetinin quruluşunda şərik çalışdı. 1945-ci ildə Roosvelt-ə yazdığı məktubunda nüvə silahlarını düzəldə bildiyi baradə bəhs etdi. Hiroşima faciəsindən sonra bu ixtirasından böyük peşmanlıq hissi kəçirdi və ömrünün axırına qədər nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə apardı. Atom Bombası Albert Einsteinə, Avropa və Amerikadakı birçox Universitetdən fizika , tibb və fəlsəfə sahələrində qürurlu doktorluq dərəcəsi almağa haqq qazandırdı. 1920-ci illərdə Avropada , Amerikada və Uzaq Şərqdə dərs dedi. Çalışmaları nəticəsində birçox mükafatlar aldı bunlar arasında Copley Nişanı(1925) və Franklin Nişanı(1935) da var. 1921-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görüldü( fotoeffekt hadisəsinə görə ).



seyran

Qallileo Qaliley

Galileo Galilei (1564-1642) müasir fizikanın və teleskopik astronomiyanın banilərindən olan İtaliyan elm adamıdır. 1564-cü ildə İtaliyanın Pisa şəhərində anadan olub. Zəmanəsinin tanınmış musiqiçilərindən Vincenzo Galilei-in oğlu olan Galileo , ilk təhsilini Florensiyada almışdı. 1581-ci ildə Pisa Universitetində tibb təhsilinə başladı , ancaq maddi çətinlik ucbatından universiteti tərk etdi. 1583-cü ildən riyaziyyat elminə maraq göstərən Galileo , bu sahədə çalışmaları nəticəsində 1589-cu ildə Pisada professor oldu. Üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli bir düşüncə ilə riyazi olaraq ələ alınmasının lazım olduğuna inanan Galileo , Pisa qalasından ağir bir cisim düşürdərək Aristotelin səhf fikirdə olduğunu göstərdi. Galileonun bu hərəkəti yaşlı professorların heç bir şey anlamamasına səbəb oldu. 1592-ci ildə Pisanı tərk edərək Padova Universitetinə gəldi. Galileo 1600-cü ildə termometr, insan ürəyinin döyüntüsünü qeydə alan sayğac və 1604-cü ildə sərbəst düşmənin riyazi qanunlarını kəşf etdi. 1609-cun ildə hollandiyada teleskopun tapıldığını eşitdi, bundan sonra özü daha mükəmməl teleskop düzəldərək astronomiyada istifadə etməyə başladı. 1610-cu ildə aydakı dağlar, ulduz kümələri və Südyolu ilə bağlı ilk tedqiqatları haqqında cəmiyyətə məlumat verdi. 1611-ci ildə Romaya getdi və ordakı Elmlər Akademiyasının üzvi seçildi. Florensiyaya döndüyü zaman hidrostatika ilə bağlı (bu kitab bir çox elm adamının etirazına səbəb olmuşdu) , 1613-cü ildə Günəş ləkələri üçün yazdığı əsərini çap etdirdi. Bu əsərində Kopernik sistemini açıq şəkildə müdafiə edirdi. Ancaq 1616-cı ildə Papa Beşinci Paul tərəfindən Galileonun kitablarını yoxlamaq üçün komissiya quruldu. Bu komissiya Galileonun kitablarına qadağa qoymadı . sadəcə yerin dönməsi iddiasından əl çəkməsini istıdi. Galileo bir müddət elmin praktik tərəfinə döndü , mikroskopu inkişaf etdirdi . Ancaq 1618-ci ildə üç quyruqlu ulduzun görünməsi ilə bağlı kilsə ilə münaqişəyə girdi. Dostunun Səkkizinci Urban olaraq Papa seçilməsindən cəsarət alaraq yazdığı У İki kainat sistemi üzərində danışıqlarФ adlı əsərini çap etdirdi. Ancaq kitab daha əvvəl edilən xəbərdarlıqlara zidd olduğuna görə Roma məhkəməsinə çağrıldı. 1633-cü ildə bu kitab qadağan edildi və Galileonun özü də həbs edildi. Yetmiş yaşında həbs edilən Galileonun gözləri kor oldu və 1642-ci ildə yanvarın 8-də həbsdə olarkən vəfat etdi.





seyran


Ernest Rezerford

Ernest Rutherford 1871-ci il avqustun 30-da Yeni Zellandiyanın Braytoter şəhərində anadan olmuşdur. İngilis fiziki və kimyaçısı , atom quruluşu və radioaktivlik təliminin banilərindən biri , milliyətcə ingilisdir. Yeni Zellandiyaya köçmüş Şotlandiyalı bir ailənin 12 uşağından dördüncüsü idi. Atası (bir az loru dildə desək) təkər yamayan işləyirdi. Ernest litseyi dövlət hesabına oxuyurdu. Yenə də təhsilini dövlət hesabına davam etdirdiyi Christchurch-dakı Canterbury College-dən 1892-ci ildə lisans(bakalavr), ertəsi il isə yüksək lisans(magistr) dərəcələrini aldı. Canterbury College-da bir il də qaldıqdan sonra dəmirin yüksək tezlikli maqnetik mühitlərdə maqnitləşmə xüsusiyyətləri üzərində tədqiqatlar apardı. Hertz-in bir nəçə il əvvəl tapmış olduğu elektromaqnit dalğalarını qeydə ala bilən dedektor ixtira etdi. 1895-ci ildə ingiltərəyə gedən Rutherford Cambridgə Universitetində Cavendish Laboratoriyasında J.J. Thomson-un yanında çalışmağa başladı. Burada elektromaqnetizm üzərindəki təcrübələrini davam etdirdi və Hertz dalğalarını 3 km uzaqlıqdan göndərib almağı bacardı. 1895-ci il Wilhelm Conrad Röntgen-in X şüalarını tapdığı açıqlamasından sonra J.J. Thomson və Rutherford bu sahədə çalışmağa başladılar. XIX yüz illiyin sonuna gələrkən bir çox elm adamı artıq fizikada bundan sonra kəşf ediləcək bir şey qalmadığı fikrində idi. Ancaq Rutherford 3 il içərisində fizikanın yeni bir sahəsini ortaya çıxardı: Radioaktivlik. Radioaktivliyin fiziki mənasını bir elementin atomunun digər bir elementin atomuna özbaşına çevrilməsi kimi başa düşürdü. Maddənin dəyişməzliyi fikrinə tam bağlanan alimlər bu ideyaya qarşı çıxacaqdı ancaq Rutherford-un bu ideyası sonradan göründüyü kimi öz doğruluğunu isbat edəcəkdi. Bu böyük uğurun ardından Rutherford 1903-cü ildə Royal Society-in müxbir üzvü seçildi. Bir il sonra isə Royal Society-in böyük bacarığı olan elm adamlarına verdiyi Rumford Medalı ilə təltif edildi. α zərrəciklərinin elektrik və maqnit sahəsində səpilməsini 1903-cü ildə tapan Rutherford bunların həm də yüklü zərrəcikələr olduğunu aşkar etdi. Rutherford-un 1911-ci ildə yaratdığı "Atom Modeli" onun elmə ən böyük əməyidir. Atomun bu modelinə У Rutherford Atom ModeliФ ya da УKişmişli Atom ModeliФ deyilirdi. Elementlərin radioaktiv parçalanması və radioaktiv maddələrin kimyası sahəsindəki tədqiqatlarına görə 1908-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. 1914-cü ildə Ernest Rutherford-a Baron adı verildi və 1922-ci ildə Royal Society-nin ən böyük mükafatı olan Copley Medalı ilə təltif edilmişdi. 1922-ci ildə Royal Society-nin prezidenti vəzifəsinə keçdi. E.Retherford 1937-ci ildə oktyabrın 19-da İngiltərənin Cambridge şəhərində vəfat etmişdir.




seyran


Ceyms Chedvik


James Chadwick 1891-ci il oktyabrın 20-də İngiltərənin Cheshirə şəhərində anadan olmuşdur. James milliyətcə ingilisdir. Təhsilini Rutherford-un tələbəsi kimi Manchestər Universitetində aldı. 1919-cu ildə çalışmağa başladığı Cambridge Universitetində 1935-ci ilə qədər oradakı işinə davam etdi. Əsas elmi işləri nüvə fizikasının problemləri olmuşdur. 1923-cü ildə Cavendish Laboratoriyasının Tədqiqatlar şöbəsinin müdürü vəzifəsinə keçmişdir. 1927-ci ildə isə Royal Society-nin müxbir üzvü seçildi. 1932-ci ildə neytronu kəşf etdi və 3 il sonra bu kəşfinə görə 1935-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Bundan başqa 1935-ci ildə Liverpool Universitetinin fizika kürsüsünə keçdi. İkinci Dünya Müharibəsi dövründə Los Alamos-dakı atom tədqiqatlarına başçılıq etdi. 1948-ci ildə Cambridge-dəki bir kollecin müdürü vəzifəsinə keçdi. Deteryumun qamma şüaları ilə parçalanmasını tədqiq edərək nüvə fotoelektrik effektini tapdı. James Chadwick 24 iyul 1974-cü ildə Cambridge-də vəfat etdi.




seyran


Mariya Kuri

Marie Curie 7 noyabr 1867-ci ildə Polşanın Varşava şəhərində anadan olub (əvvəl adı Maria Skłodowska idi). Özündən böyük bir bacısı (Brenya) var idi. O müəllim ailəsində dünyaya gəlmişdi. Marie Curie əslən polşalı idi. Gənclik illərində Varşava Rus İmperiyasının hakimiyyəti altında idi. Siyasi aktivliyi onu bu vəziyyətdə Varşavadan ayrılmağa yönəldirdi. İlk olaraq Cracow-a gedən Maria orada istədiyi kimi təhsil ala bilməyəcəyini anladı . Ailəsinin də maddi yardımının az olması səbəbi ilə Paris Sorbonne-də tibb təhsili alan bacısı Brenyaya təhsilində kömek etmək qərarına gəldi. Bacısı isə əvəzində ona riyaziyyat və fizikadan təhsil almağına kömək edəcəkdi. 1891-ci ildə Parisə bacısının yanına getdi. Kiçik bir evdə , ağır şərait altında yaşayarkən təhsilinə davam etdi. İki il içərisində sinifinin birincisi olaraq fizik dərəcəsi aldı. 1894-cü ildə ikinci dərəcəsi olan riyaziyyatı da bitirdi. Sonrakı məqsədi isə müəllimlik diplomu alıb Varşavaya dönmək idi. 1894-cü ildə qardaşı Jacques ilə piezoelektriki kəşf edən Pierre Curie ilə tanış oldu. O zamanlar Pierre Curie 35 yaşında idi. Maria və Pierre birlikdə elmi çalışmalarla məşğul olurdular , bununla bərabər getdikcə bir-birinə daha da bağlanmışdılar. 1895-ci ilin iyul ayında Maria və Pierre evləndilər. Bu tarixdən etibarən Maria Skłodowska adını Maria Curie adını aldı. 1986-cı ildə müəllimlik diplomunu aldıqdan sonra 1897-ci ildə Henri Becquerel tərəfindən elan edilmiş uran duzlarının yaydığı, sonralar radioaktivlik olaraq adlandırılan УşüaФ üzərində ətraflı araşdırmalara başladı. Lakin ilk qızı İrene-in 1897-ci ildə sentyabr ayında dünyaya gəlməsi çalışmalarına ara verməsinə səbəb oldu. Sonradan 1898-illərin əvvəlindən çalışmalarına davam etdi. 1903-cü ildə Marie doktorluq dərəcəsini aldı və bu Fransada ilk qadın idi ki, bu dərəcəni alırdı. Həmin il həyat yoldaşı və Becquerel ilə paylaşdığı fizika sahəsində Nobel mükaftı aldı və tarixdə ilk Nobel mükafatı alan qadın oldu. 19 aprel 1906-cı ildə Pierre Curie bir at arabasının altında qalaraq öz həyatını itirdi.İki uşağı ilə dul qalan Marie Sorbonne-də müllimlik vəzifəsinə keçdi və 1908-ci ildə Sorbonne-də ilk qadın professor oldu.1911-ci ildə radium və polonium-u kəfş etdiyinə görə kimya sahəsində Nobel mükafatına layiq görüldü. Beləliklə iki dəfə Nobel mükafatı alan ilk insan oldu. Ancaq bəzi mənbələrin məlumatına görə ikinci dəfə buna mükafatın verilmə səbəbi yoldaşını itirməsi və ağır şəraitdə yaşaması olub. 1934-cü ildə Savoy şəhərində qan xərçəngindən vəfat etdi. Xəstəliyinin səbəbi həddən artıq radioaktiv şüalanmaya məruz qalması olub. Beləliklə ona УElm üçün ölən qadınФ deyilir.





seyran

Vilhelm Konard Rontgen

Əslən alman fiziki olan Wilhelm Conrad Röntgen 27 mart 1845-ci ildə Almaniyada, Remscheid şəhərində dünyaya gəldi. Uşaqlıq və gənclik illəri Hollandiyada və İsveçrədə keçdi. 1865-ci ildə Zürich-də Politexnik universitetinə qəbul oldu və oranı 1868-ci ildə texniki mühəndis olaraq bitirdi. 1869-cu ildə Zürich Universitetində doktorluq dissertasiyasını müdafiə etdi. Bundan sonra 1876-cı ildə Strassburg-da , 1879-da Giessen-də və 1888-ci ildə Würzburg Universitetində fizika professoru kimi çalışdı. Röntgen 1895-ci ildə kəşf etdiyi X-şüalarına görə böyük şöhrət qazanmışdır. Röntgen X-şüalarını incələyən zaman elektrik və maqnit sahələrinin təsiri ilə istiqamətini dəyişmədiyini isbat etmişdir. Bu şüaların cisimlərin daxilindən keçmə qabiliyyətinə malik olduğunu və havanı ionlaşdırdığını ortaya çıxardı. Röntgenin bu uğurunu bir çox elm adamı qısqanclıqla qarşılayırdı, amma buna baxmayaraq Röntgen bundan sonra saysız mükafatlara layiq görüldü. Nəhayət 1901-ci ildə tamamladığı bu araşdırmalarına görə fizika sahəsində ilk nobelçi fizik adına layiq görüldü. Aldığı bu mükafatın bütün hissəsini Würzburg Universitetinə bağışladı. Dünya şöhrətli Wilhelm Conrad Röntgen həyat yoldaşının ölümündən 4 il sonra , Birinci Dünya Müharibəsinin yaratdığı iqtisadi çətinliyi ərəfəsində 10 fevral 1923-cü ildə Münih-də həddən artıq kasıb bir şəraitdə vəfat etdi. Ölümündən sonra X-şüalarına Röntgen şüaları adı verildi.



seyran


Andre Amper

Andre Marie Ampere fransız fizik, 22 yanvar 1775-ci ildə Fransada Lyon şəhərində dünyaya gəldi. Elektromaqnetizmi ilk kəşf edən alimlər arasında göstərilir. Cərəyan şiddətinin vahidi onun şərəfinə olaraq Amper adlanır. Atası ona Latın dilini öyrətmək istəyirdi , ancaq riyaziyyat elminə həddən artıq marağının olması atasını bu fikrdən daşındırdı. Amma sonralar Ampere Latın dilini mükəmməl formada öyrənmişdi. 1799-cu ildə Julie Carron ilə evləndi. 1796-ci illər ərəfəsində Lyonda özəl riyaziyyat, kimya və dil dərsləri verirdi. 1801-ci ildə xəstə arvadını və kiçik oğlunu (Jean Jacques Ampère) Lyon-da tək buraxaraq , fizika və kimya professoru olaraq Bourg-a köçdü. Arvadı 1804-cü ildə vəfat etdi, elə həmin il Ampere Lyon Litseyinde riyaziyyat professoru oldu. 1809-cu ildə Paris Politexnik Universitetinde professor kimi işə başladı və elmi çalışmalarını burada davam etdirdi. Elektrik ilə maqnetizm arasındakı əlaqəni və xüsusən də elektromaqnetizm elmi ( özü buna УelektrodinamikФ deyirdi) ilə çaox yaxından maraqlanırdı. Yalnız elektromaqnetizm anlayışını açıqlayan riyazi teoremləri yaratmaqla kifayətlənmədi və bir çox yenilikləri irəli sürdü. 10 iyun 1836-cı ildə Marseille-də vəfat etdi. Qəbri Parisdədir. Ölümündən 45 il sonra riyaziyyatçılar tərəfindən rəsmi olaraq tanınmışdır.




seyran


Abdulla Muxtarov

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abdulla İbrahim oğlu Muxtarov Anadan olduğu yer: Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikası, Rutul rayonu, Saxur kəndi Təvəllüdü: 24.12.1918 Təhsili: Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi, fizik-nəzəriyyəçi Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru Elmi rütbəsi: Professor Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.04.02; 01.04.16-Nəzəri-fizika, nüvə-fizikası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1972, fizika Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130 Xaricdə çıxmış elmi əsərlərin sayı: 50 Əsas elmi nailiyyətləri: 1. Elmi rəhbərimlə birgə (Sokolov A.A.) Fermionları uzununa (spirallığı), fotonların xətti dairəvi polyarizasiyasını nəzərə alan metod təklif etmişik (1948-cü il). 2. Həmin metod mənim tərəfimdən ixtiyari istiqamətli polyarizasiyanı nəzərə almaq üçün ümumiləşdirilmişdir (1963-cü il). 3. Azərbaycanda nəzəri fizika məktəbini yaratmışam. 4. Yüksək enerjili polyarizə olunmuş zərrəciklərin elektrodinamikasının yaradılmasında intensiv iştirak etmişəm. İlk dəfə spinləri 3/2, 5/2, 7/2 və t/2 olan zərrəciklərin pronaqatorlarını qurmuşam. 5. Bu əsasda ete- dəstələrinin fermionlara, odronlara, vozonlara, rezonanslara və başqa zərrəciklərə çevrilməsi istiqamətində böyük həcmdə tədqiqat işi aparılmış və təcrübə ilə müqayisə edilmişdir, yaxşı uyğunluq alınmışdır. 6. Zəif-elektromaqnit qarşılıqlı təsirlərin standart modelində fərz olunan z-bozondan əlavə z'-bozonun da varlığını tələb edən EtxE8 modelində tədqiqat işləri aparılmışdır. Kadr hazırlığı: elmlər namizədlərinin sayı: 25 elmlər doktorlarının sayı: 4 Əsas elmi əsərlərin adları:   теории аннигил¤ции электронов и позитронов, ¬естник ћ√”, є8, 63, 1948 ѕол¤ризационные эффекты при распаде p∞→е-+е- +γ ∆Ё“‘, 37, 575, 1959 »сследование электророждение нуклонных резонансов на пол¤ризованных протонах, Nuovo Cuniento, GA, є1, 13,1971 —уперструнный z' бозон в радиационный е+е- аннигил¤ции я.‘. т. 58, є7, 1288-1297, 1995 Power correction to the pion-photon transition form factor Fπγ(√2)International Journal of Modern Physics A, vol. 16, є18, (2001), 3179-3190 Təltif və mükafatlar: Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı - 1969; "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı - 1970; "1974-cü il sosialist yarışının qalibi" - 1974; "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı - 1975 "Şərəf nişanı" ordeni - 1978; "SSRİ-nin təhsil əlaçısı" medalı - 1980; "Əmək veteranı" medalı - 1981; Azərbaycanın Əməkdar Elm Xadimi - 1992; Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 1998; Bakı Dövlət Universitetinin "Xatirə" medalı - 1998 Pedaqoji fəaliyyəti: 1950-ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor işləyir. İki tədris kitabının müəllifidir. "Statistik fizika", 1961-ci il, "Kvant mexanikası", 1999-cu il.


seyran


Niftali Qocayev

Qocayev Niftalı Mehralı oğlu 1936-cı il oktyabrın 18-də Qərbi Azərbaycanın Qazax qəzasının Dilican nahiyyəsinin Salah kəndində doğulmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Yalnız əla qiymətlərlə oxuduğuna nümunəvi davranışına görə 3-5 kurslarda Özəl Təqaudə layiq görülmüş, 1958-ci ildə fizika fakültəsinin nəzəri fizika ixtisasını fərqlənmə(qırmızı) diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirməsi və tələbəlik dövründə elmi-tədqiqat işləri sahəsindəki fəaliyyəti (tələbə ikən Kiev Dövlət Universitetində kəçirilən Bəynəlxalq elmi konfransda məruzə ilə çıxıs edərək tərifnaməyə layiq görülmüşdür) nəzərə alınaraq N.M.Qocayev BDU-da saxlanılmışdır. Bir il laborant vəzifəsində işlədikdən sonra Sankt-Peterburq şəhərində o zamanki Sovətlər Ittifaqı Elmlər Akademiyasının aspiranturasına qəbul olunaraq akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə o zamanlar üçün nadir olan molekulyar biofizika sahasində elmi fəaliyyətini davam etdirmişdir. 1962-cı ildə mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almış və məzunu olduğu Bakı Dövlət Universitetinə qayıdaraq bu günə qədər həmin universitetdə öz hərtərəfli fəaliyyətini (1962-müəllim, 1963-1964 baş müəllim, 1964-1979 dosent, 1979-dan professor) etdirir. 1967-cı ildə N.M.Qocayevin bilavasitə fəaliyyəti nəticəsində Bakı Dövlət Universiteti nəzdində yaradılmış və N.M.Qocayev həmin fakultənin ilk dekanı vəzifəsinə təyin olunmuşdur. 1968-ci ildə müsabiqə yolu ilə BDU-nun müdir vəzifəsinə seçilmiş və bununla əlaqədar 1969-cu ildə öz xahişi ilə dekan vəzifəsindən azad edilmişdir. Prof.N.M.Qocayev 16 il (1968-1984-cu illərdə) rəhbərlik edərək elmi pedaqoji kadrlar hazırlanması işində dərslik və monoqrafiyalar yazmaq və tədris sahələrində önəmli müvəffəqiyyətlər qazanmışdır. O, ilk dəfə 1977-ci və 1980-ci illərdə olmuş və müvafiq medallarla təltif olunmuşdur. Prof.N.M.Qocayev məzun olduğu ildən indiyədək fasiləsiz işlədiyi Bakı Dövlət Universitetidə hələ 1959-cu ildən tədqiqata başladığı sahəsində məktəb yaratmış. Həmin məktəbin daha səmərəli elmi fəaliyyət göstərməsi üçün 1980-ci keçmiş SSRI Ali Təhsil Nazirliyinin tövsiyyəsi və SSKI Nazirlər Sovəti yanında Elm və Təhsil Komitəsinin xüsusi qərarı ilə laboratoriyanın açılmasına nail olmuş və o vaxtdan bu günə qədər həmin laboratoriyanın müdiri vəzifəsində çalışır. Prof.N.M.Qocayev 4 istiqamətdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir: elmi-tədqiqat işləri və yüksək ixtisaslı elmi kadrların(magistr və elm namizədi) hazırlanması, dərsliklər və monoqrafiyaların yazılması , dərsliklərin və elmi ədəbiyyatın xarici dillərdən Azərbaycan və Türk dillərinə tərcüməsi , pedaqoji fəaliyyət. Sadalanan bütün sahələrdə prof.N.M.Qocayevin xüsusi xidməti olmuşdur . O, məzunu olduğu Bakı Dövlət Universitetinin fizika , biologiya, kimya fakultələrində ümumi fizikanın müxtəlif bölmələri və ixtisas kursları üzrə yüksək səviyyəli mühazirələr oxumuş, tələbələrin kurs və diplom işlərinə rəhbərlik etmişdir . Əsasən Avropa , Amerika və Rusiyada nəşr olunan mötəbər elmi jurnallarda dərc olunmuş 255 elmi məqalənin , 8 monoqrafiyanin , 9 dərslik və dərs vəsaitinin müəllifidir . Bunlar içərisində keçmiş SSRI -nin Ali Təhsil Nazirliyi tərəfindən Ittifaq Universitetləri üçün dərs vəsaiti olaraq təsdiq olunaraq Moskva şəhərində nəşriyyatı tərəfindən çap olunmuş kitabını və Sankt -Peterburq şəhərində bir qrup alimlərlə , akademik M.Volkenşteyn və başqaları ilə birlikdə ingilis dilində nəşr etdirdiyi monoqrafiyanı xüsusi qeyd etmək lazımdır . Prof.N.M.Qocayevin qardaş Türkiyə universitetləri üçün yazaraq Ərzurumda nəşr etdirdiyi 2 dərslik və 2 monoqrafiya Türkiyəli tələbələr tərəfindən sevilərək oxunan kitablardır . Prof.N.M.Qocayevin elmi rəhbərliyi ilə 20 aspirant və dissertant namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi adına layiq görülmuüşdür. Onların içərisində Misir və Iraq vətəndaşları da var. Prof.N.M.Qocayevin təşəbbüsü ilə 1997 -ci ildə yaradılmıs Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin Prezidenti seçmişdir və bu günədək həmin vəzifədə müvəffəqiyyətlə çalışır . Qocayev 2001-ci ildən etibarən əvəzçilik yolu ilə Qafqaz universitetində Elmi işlər və xarici əlaqələr üzrə prorektor vəzifəsində işləyir. Prof.N.M.Qocayev 1980-1984-cü illərdə Azərbaycan Rəspulikasi Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranı Fizika və Astronomiya Seksiyasının sədri ,1967-1994 -cu illərdə Azərbaycan Rəspublikasi cəmiyyətinin Fizika Seksiyasının üzvü olmuş , 1989-1993 -cu illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri vəzifəsində işləmişdir .1993-1998 -ci illərdə Türkiyədə -Ərzurum Atatürk və İstanbul universitetlərində profəssor vəzifəsində çalişaraq mühüm elmi-pedaqoji fəaliyyət göstərmişdir . Həmin dövrdə yerli alimlərlə yaxın əməkdaşlıq edərək maraqlı elmi-tədqiqat işləri aparmış , dissertasiya işlərinin müdafiə şuralarının sədri və üzvü olmuşdur . Birgə elmi işlər Türkiyə Dövlət Planlama Təşkilatı tərəfindən mühüm elmi -tədqiqat işi olaraq qəbul olunduğundan həmin təşkilatın maliyyə dəstəyi ilə yerinə yetirilmiş , alınan nəticələr Journ Moləkular Structurə kimi moötəbər elmi jurnalda və digər jurnallarda çap olunmuşdur . Prof.N.M.Qocayev Türkiyə universitetlərinin tələbələri üçün 4 dərslik (molekulyar fizika, optika, molekulun quruluşu1-ci və 2-ci cild) yazmış , molekulyar fizika və optikanı ilk dəfə olaraq Ərzurum və Atatürk Universitetində tədris etməklə yanaşı özündən sonra bu fənnlərin tədrisi üçün kadrlar hazırlığına da əmək sərf etmişdir. Hazırda Istanbul Universitetinin kafedrası ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında elmi -tədqiqat işlərini davam etdirir. Prof.N.M.Qocayev 255 məqalənin müəllifidir.



SLənkəran rayon Boladi kənd 1 saylı orta məktəbin УFizika-İnformatikaФ müəllimi SEYRAN HEYDƏR oğlu ƏLİYEV
seyranaliyev@mail.ru
Ana səhifə|| Alimlər || Qanunlar || Təcrübələr || Animasiyalar ||


Используются технологии uCoz