www.seyranfizik.narod.ru

Lənkəran r/n Boladi kənd 1 sayli orta məktəbin Fizika-Informatika məllimi SEYRAN HEYDƏR OĞLU ƏLIYEV



|| ANA SƏHİFƏ || ALİMLƏR || QANUNLAR || TƏCRÜBƏLƏR|| ANİMASİYALAR||
seyran SEYRAN
       ||Test1.Kinematika || Test2.Dinamika || Test3.Mexaniki iŞ, Güc, Enerji || Test4.Statika ||
İNTEL GƏLƏCƏK ÜÇÜN TƏHSİL
ELEKTRİK CƏRƏYANININ UZAQDAN IDARƏ EDİLMƏSİ
|| Fizikanın tədrisində komputer texnologiyasının rolu ||
|| SEYRAN HEYDƏR OĞLU ƏELIYEV ||

||İNTERNET NƏDİR? || ||Kompüterin nəsilləri || ||Komputerin quruluşu ||
Yumurtani cib telefonu ilə necə bişirmək olar?
Mobil rabitә vә informasiya tәhlükәsizliyi.
Bermud üçbucağı
Fikirləş! Cavab tap!
Dahilerin başına gəlmiş maraqlı hadisələr
Rəqəmlərdəki məntiq nədir?

Rəy və təkliflərinizi göndərmək üçün bura daxil olun

İNTERNET NƏDİR?
seyran SEYRAN
<
İnternet dünya ölkələrinin əksəriyyətinin şəbəkələrini birləşdirir.
Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. İnternetin əsas xidmətləri
Elektron poçt ( e-mail );
Telekonfranslar;
və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

İnternet, bir neçə komputerler sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.İnternet istifadəçilərin məlumatın saxlanması, paylaşması və rahat əldə olunması istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət. İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti. İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.
Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə [[Lokal şəbəkə]] və ya LAN (Local Area Network) deyilir.
Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə [[Qlobal şəbəkə]] və ya WAN (Wide Area Network) adlanır.
Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirənkompüter və bu kompüterdəki proqram təminatı [[şlyuz]] (Gateway) adlanır.
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə [[İnternet]] adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.
Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - [[TCP/IP']] (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya [[Modem]] (modulyator- demodulyator) deyilir.
Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir.Internetdə [[altdomenlər]](subdomain) də mövcuddur.Məs.:http://library.elm.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi [[Domen Adları xidməti]] (DNS - domain name service) tərəfindən yerinə yetirilir.
Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
com kommersiya ilə məşğul olan təşkilatlar
edu - təhsillə məşğul olan təşkilatlar
org - kommersiya ilə məşğul olmayan təşkilatlar
gov - hökumət təşkilatları
mil - ABŞ -ın hərbi təşkilatları
int - beynəlxalq təşkilatlar
net - şəbəkə xidmətləri göstərən təşkilatlar
Məsələn: www.azercell.com ; www.wikipedia.org Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlər:
az - Azərbaycan
de - Almaniya
fr - Fransa
se - İsveç
ru - Rusiya
jp - Yaponiya
us - ABŞ
tw - Taywan
tr - Türkiyə
ua - Ukrayna
ro - Ruminya
kz - Kazaxıstan
tk - Takilao
ge - Gürcüstan
uk - Böyük Britaniya
Məsələn: www.google.az; yandex.ru İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir. İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.
1 bit = 1 dərəcə (0 və ya 1);
1 bayt = 8 bit;
1 Kbayt = 1024 bayt;
1 Mbayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt
1 Gbayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt
1 Tbayt = 1024 Gbayt. 1000 000 000 000 bayt = 1012 bayt
İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir. Brouzer - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brouzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir. Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brouzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line). Çoxfunksiyalı bir proqram kimi brouzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu recim Off-line iş rejimi adlanır. Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brouzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla şirkətinin Firefox proqramların seçir. Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. [[URL]]( universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir. İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:
Connection (Qoşulma)
Request (Sorğu)
Response (Cavab)
Close (Əlaqənin kəsilməsi)
Birinci mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir. Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brouzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.
Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir. İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.
URL -ünvanlarala yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.
Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.
İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.
Web-səhifə demək olar ki bütün hallarda bir neçə əlaqəli HTML-sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcədə vahid mövzu, müəllif və sairlə biri birinə bağlı olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.
İnternetdə lazımi məlumatın axtarışı, axtarış sistemlərinin köməyi ilə aparılır
Kompüter şəbəkələri - rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli komputerlər və perferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir.Məsafədən asılı olaraq, rabitə xətləri olaraq kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən...istifadə olunur.
Kompüter şəbəkələrinin iki tipi: lokal və qlobal kompüter şəbəkələri geniş yayılmışdır.
Qlobal kompüter şəbəkələri WAN (Wide Area Network) bir-birlərindən çoğrafi uzaq (yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən idarət olur: Klient və Server.

Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məs: RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi olaraq paylanmış şəkildə həyata keçirilir.
Ən böyük qlobal kompüter şəbəkəsi İnternet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümümdünya toplusudur.
Lokal kompüter şəbəkələri LAN (Local Area Network) bir muəsissə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və perferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur.

Korporativ şəbəkə lokal şəbəkəyə aid olub, hər-hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.





seyran seyran seyran




Sehifeni hazirladi: Seyran Eliyev. Lenkeran r/n Boladi k 1 sayli mektebin Fizika-Informatika muellimi
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbin Fizika-İnformatika müəllimi SEYRAN HEYDƏR oğlu ƏLİYEV
seyranaliyev@mail.ru
Ana səhifə|| Alimlər || Qanunlar || Təcrübələr || Animasuyalar || ANIMASIYALAR ||


Используются технологии uCoz