www.seyranfizik.narod.ru

Lənkəran r/n Boladi kənd 1 sayli orta məktəbin Fizika-Informatika məllimi SEYRAN HEYDƏR OĞLU ƏLIYEV



|| ANA SƏHİFƏ || ALİMLƏR || QANUNLAR || TƏCRÜBƏLƏR|| ANİMASİYALAR||
seyran SEYRAN
       ||Test1.Kinematika || Test2.Dinamika || Test3.Mexaniki iŞ, Güc, Enerji || Test4.Statika ||
İNTEL GƏLƏCƏK ÜÇÜN TƏHSİL
ELEKTRİK CƏRƏYANININ UZAQDAN IDARƏ EDİLMƏSİ
|| Fizikanın tədrisində komputer texnologiyasının rolu ||
|| SEYRAN HEYDƏR OĞLU ƏELIYEV ||

||İNTERNET NƏDİR? || ||Kompüterin nəsilləri || ||Komputerin quruluşu ||
Yumurtani cib telefonu ilə necə bişirmək olar?
Mobil rabitә vә informasiya tәhlükәsizliyi.
Bermud üçbucağı
Fikirləş! Cavab tap!
Dahilerin başına gəlmiş maraqlı hadisələr
Rəqəmlərdəki məntiq nədir?

Rəy və təkliflərinizi göndərmək üçün bura daxil olun


Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur:
Sistem bloku,
Manitor,
Klaviatura,
Mous.
Əlavə qurğular (periferiya qurğuları):
Çap qurğusu və ya printer,
Skaner,
Modem,
Rəqəm videokamerası,
Səs gücləndiriciləri və s.

Kompüterlər portativ variantda da istehsal olunur bloknot (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isə klaviaturaya qapaq şəklində hazırlanır.
Manitor kompüterdə olan informasiyaya baxmaq üçün istifadə olunur.

Klaviatura kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşina istənilən simvolları (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
Printer kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyümda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
Skaner fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn və şəkilli məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur.
Multimedia qurğusu informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.
Meynfreym ümumi məqsədli universal elektron-hesablama maşınıdır (EHM). 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə əsasən IBM firması məşğul olur.
Sistem bloku
Kompüterin sistem bloku təşkil olunmuşdur:
Ana plata (proceccor, kontrollerlər, əməli yaddaş qurğusu (RAM), keş-yaddaş, akkumulyator batareyaları);
Proceccorları qurmaq üçün adapterlər;
Yaddaş modulu;
Daimi yaddaş qurğusu (Winchester, ROM);
Disketləri (floppi) oxudan qurğu;
CD-ROM (Conpact Disk Read Only Memory);
Səs platası;
Qida bloku.
Prosessor hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs.
Yaddaş qurğuları
Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar:
Əməli yaddaş qurğusu (Random Access Memory RAM, ) ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.
Daimi yaddaş qurğusu (Read Only Memory ROM, yalnız oxumaq üçün istifadə olunan yaddaş olub, kompüterdəki bütün fayllar, qovluqları özündə saxlayır. İlk dəfə 1973-cü ildə İBM 3340 sistemin yaddaşında yaradılıb.
Disketləri (floppi) oxuyan qurğu ilk dəfə 1971-ci ildə El Şuqart tərəfindən San-Xose-də İBM-in laboratoriyasında İBM System/370 seriyalı maşınlara tətbiq edilmişdir.
Virtual yaddaş kompüter tərəfindən yerinə yetirilən proqramin ölçüsü ƏYQ-nun ölçüsündən böyük olduqda istifadə olunan müvəqqəti yaddaş. Məsələn, kompüterin ƏYQ-nun ölçüsü cəmi 32 ????? olduğuna baxmayaraq o, 4 Qbayta qədər virtual yaddaşdan istifadə edə bilər.
Keş-yaddaş verilənlərin məntiqi xəzinəsi. Kompüter sorğu göndərərkən dinamik yaranır. Soruşulan adlarin təyini zamanı istifadə olunan vaxtı optimallaşdırmağa kömək edir.
Bufer-yaddaş ƏYQ-da yerləşir, verilənlərin bir yerdən başqa yerə koçürülən zaman müvəqqəti saxlanması üçün nəzərdə tutulmuşdur.


seyran seyran SEYRAN seyran
<img src = Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbin Fizika-İnformatika müəllimi SEYRAN HEYDƏR oğlu ƏLİYEV
seyranaliyev@mail.ru
Ana səhifə|| Alimlər || Qanunlar || Təcrübələr || Animasuyalar || ANIMASIYALAR ||


Используются технологии uCoz