www.seyranfizik.narod.ru

Lənkəran r/n Boladi kənd 1 sayli orta məktəbin Fizika-Informatika məllimi SEYRAN HEYDƏR OĞLU ƏLIYEV



|| ANA SƏHİFƏ || ALİMLƏR || QANUNLAR || TƏCRÜBƏLƏR|| ANİMASİYALAR||
seyran SEYRAN
       ||Test1.Kinematika || Test2.Dinamika || Test3.Mexaniki iŞ, Güc, Enerji || Test4.Statika ||
İNTEL GƏLƏCƏK ÜÇÜN TƏHSİL
ELEKTRİK CƏRƏYANININ UZAQDAN IDARƏ EDİLMƏSİ
|| Fizikanın tədrisində komputer texnologiyasının rolu ||
|| SEYRAN HEYDƏR OĞLU ƏELIYEV ||

||İNTERNET NƏDİR? || ||Kompüterin nəsilləri || ||Komputerin quruluşu ||
Yumurtani cib telefonu ilə necə bişirmək olar?
Mobil rabitә vә informasiya tәhlükәsizliyi.
Bermud üçbucağı
Fikirləş! Cavab tap!
Dahilerin başına gəlmiş maraqlı hadisələr
Rəqəmlərdəki məntiq nədir?

Rəy və təkliflərinizi göndərmək üçün bura daxil olun



Bermud üçbucağı
Bermud ucbucaqi Bermud ucbucaqi Bermud üçbucağı

Bermud üçbucağı (və ya Şeytan üçbucağı) Atlantik okeanın şimalında Florida, Bermud adalarıPuerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. aaa Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir.

Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin YaponiyaLeyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir.

Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantik ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə apartlarını istifadə etməsi kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir.

Bermud üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır.

Əksər insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeydi-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur.

Bermud ucbucaqi


Əgər doğurdanda o zonada bütün bu hadisələr baş vermişsə, bu hadisələr onunla izah olunur ki, həmin zonada suyun altındaki yerdən müəyyən sıxlıqda qaz çıxır ki, bu da qaz qabarciqları şəklində suya daxil olur. Nəticədə suyun orta sıxlığı azalir. Bu da gəmiləri suyun üzərində saxlayan Arximed qüvvəsinin azalmasına gətirib çıxarır ( F=pgV) Lakin bununla gəmilərin batmasını izah etmək olsada, təyyarələrin qəzaya uğramasını izah etmək mümkun deyil Bermud ucbucaqi Bermud ucbucaqi

Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbin Fizika-İnformatika müəllimi SEYRAN HEYDƏR oğlu ƏLİYEV
seyranaliyev@mail.ru
Ana səhifə|| Alimlər || Qanunlar || Təcrübələr || Animasuyalar || ANIMASIYALAR ||


Используются технологии uCoz